Azərbaycanda bu bankın vaxtı keçmiş kreditləri 55 milyona çatdı 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu bankın vaxtı keçmiş kreditləri 55 milyona çatdı 

İqtisadiyyat

15 Sentyabr 2023 15:13 1711


2023-cü ilin ikinci rübündə “AFB Bank”ın vaxtı keçmiş kreditləri 54,96 milyon manata yüksəlib.

“Yeni Sabah”ın hesablamasına görə, sözügedən bankın vaxtı keçmiş kreditləri ilin əvvəli ilə müqayisədə 2023-cü ilin iyulun 1-nə 68,5% və ya 22,34 milyon manat artıb. İlin əvvəlində bankın vaxtı keçmiş kreditləri 32,6 milyon manat təşkil etmişdi. 

Bankın vaxtı ötmüş kreditlərinin kəskin artması onun ümumi portfeldə çəkisini 19,1%-dən 32,2%-ə yüksəldib.  Dördpendirli pizza

Bu ilin ilk yarısında “AFB Bank”ın ümidsiz kreditlərində isə azalma müşahidə edilib. 

Bankın vaxtı bir ildən artıq ötmüş kreditləri 18,91 milyon manatdan 16,13  milyon manata enib. Başqa sözlə, son altı ayda ümidsiz kreditlər 14,7% və ya 2,78 milyon manat azalıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!