Azərbaycanda bu banklar bağlanacaq - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu banklar bağlanacaq - Açıqlama

İqtisadiyyat

19 Oktyabr 2023 21:55 69288


Azərbaycanda vaxtaşırı banklar bağlanır, ya da ləğv edilir. İndiyə xeyli sayda bank bu taleni yaşayıb. Sonuncu bağlanan bank “Günay Bank” idi. Oktyabrın 19-da bu siyahıya biri də əlavə oldu – Mərkəzi Bank “Muğan Bank”ın ləğvi ilə bağlı açıqlama yaydı. Baş verənlər bank sektorunda vəziyyətin yaxşı olmaması təəssüratını yaradır. Banklarda əmanət saxlayan vətəndaşlar narahat olurlar. 

Başqa hansı bankların ləğvi ehtimalı var? Bu, domino effektili proses ola bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, ölkədə zəif banklar zaman-zaman sıradan çıxır. Dördpendirli pizza

Onun sözlərinə görə, bağlanan bank ilk və son deyil:

“Bunun təbii tərəfləri odur ki, kiçik banklar bazarda rəqabətə dözə bilmir və onların göstəriciləri zəiflədikcə, problemlər yarandıqca lisenziyaları geri alınır. Amma digər tərəfdən də bu, tez-tez təkrarlandıqda vətəndaşlarda banklara olan güvənin zədələnməsi baş verir. Nəticədə problemlər yaranır, bank sektoruna güvən azalır.

Əsas problem odur ki, Azərbaycanda təqribən 5 böyük bank, bazarın 80 faizinə nəzarət edir. Yəni onlar bazarda 80 faiz paya malikdirlər. Bu səbəbdən də kiçik bankların belə bir şəraitdə fəaliyyət göstərməsi çox çətindir. Hətta getdikcə kiçik bankların sıradan çıxması mümkündür”.

İqtisadçı deyib ki, Azərbaycanda mütləq müəyyən sayda bankın olması ilə bağlı qanun yoxdur:

“Əsas bankların sayı deyil, əsas olan hamı üçün bərabər şəraitin yaradılması, rəqabətli mühitin formalaşması və nəticə etibarilə kiçik bankların da bazar payı almasının mümkün olmasıdır. Problem olan budur. Bu baxımdan da bankların bağlanmasının iqtisadiyyata böyük bir təsiri olmasa da, ümumi ab-havaya mənfi təsir göstərir, bank sektoruna olan güvənin zədələnməsinə səbəb olur. Prosesi öncədən idarə etmək lazımdır.

Mərkəzi Bank və digər requlyatorlar problemləri olan bankları bilirlər. Fikrimcə, o problemlərin həlli ilə bağlı ya banklara kömək etməlidirlər, ya vətəndaşlara zaman-zaman elə istiqamətlə məlumatlar verməlidirlər ki, onlar bağlanan banklarla bağlı problem yaşamasınlar”.

N.Cəfərlinin sözlərinə görə, gələcəkdə kiçik bankların bağlanması mümkündür:

“Çünki Azərbaycan kimi rəqabətin və bazar həcminin az olduğu bir ölkədə kiçik bankların ayaqda qalması çox çətin görünür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ferid
    Mende isteyirem bu azpulmat tez bir zamanda baglansin
    2 years ago
  • Rəsulullah
    Bismillah ! 60 Azn borc alırsan , 180 azn güri istəyirlər.. Bu faiz dərəcəsidirki zıngin bir kəs borc kredit götürməz..Kasıb fəğir ehtiyaclı biri götürərki bir adama 60 Azn ehtiyacı vardısa 3 dəfə onu lap ehtiyacsız hala soxmaq cəhhənnəmdə gorbagor olaraq cəhhənəmə getdi ruhul status, gorbagor oldu həmin. Ruh daşıyanlar leş olarkən..
    2 years ago
  • Sənani
    Azpul MMC bağlansa yaxşı olar
    3 years ago
  • Ibrahim
    En birinci kapital bank baglansa daha yaxshi olar ve sonra diyerleri....
    3 years ago
  • Uzeyir
    Azpul manat bağlansın haramzadeler 50m pul verib 200m alır serefsizler
    3 years ago
  • Guleli
    Azpulmat bağlı olsa lap gözel olar, çünki orda faiz çoxdur heddinnen çoxdur, özleri bilmir ne eleyir
    3 years ago
  • Qumru
    Access Bank da baglansın
    3 years ago
  • Ruslan
    Azpul mmc bang olmayan kretid teskilatida baglansa lap yaxsi olar
    3 years ago