Azərbaycanda bu benzinin qiyməti aşağı düşə bilər - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu benzinin qiyməti aşağı düşə bilər - AÇIQLAMA

İqtisadiyyat

16 İyun 2023 16:33 15681


Azərbaycanda "Premium" markalı benzinin ucuzlaşması gözləntisi var".

Bunu "Metbuat.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O qeyd edib ki, yaxın aylarda ölkədə ciddi qiymət artımı ehtimal edilmir:

"Azərbaycanda yay aylarında ciddi qiymət artımı olan heç bir sahə yoxdur, xüsusən də hökümətin tənzimlədiyi benzin və ictimai nəqliyyat sahəsində. Qiymət dəyişikliyi üçün heç bir əsas da yoxdur. Dominos pizza

Əksinə, bazarın gözləntisi ondan ibarətdir ki, vaxtilə 2 manata təyin edilən “Premium” qiymətləri aşağı salınsın. Çünki bu qiymətlər təyin ediləndə, bazarda neft qiyməti 120-125 dollar idi. İndi isə qiymətlərdə bir düşüş var və bu, qiymətlərə tətbiq edilməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!