Azərbaycanda bu bölgələrdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu bölgələrdə qaz olmayacaq

Sosial

23 Avqust 2019 09:34 1183


Bu gün səhər saat 09:00-dan qaz təchizatı şəbəkəsində aparılan texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Samux rayonunun mərkəzində və bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən “Yeni Sabah”a verilən məlumata görə, Gəncə şəhərinin bir hissəsində də qaz olmayacaq. Bu müddət ərzində qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq. Saat 10.00-dan 16:00-dək Qobustan rayonunun bir neçə kəndində qaz təchizatının dayandırılması isə orta təzyiqli yeraltı qaz xətlərinin kipliyə sınaq işləri ilə bağlıdır.

Bu gün səhər saatlarından, həmçinin, Ağsuda bir müddət əvvəl zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinə başlanılacaq. pizza sifarişi

Bu işin icrası üçün bəzi yerlərdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Ona görə də səhər saat 09:00-dan 19:00-dək Ağsu rayon mərkəzi və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!