“Cari ilin əvvəli ciddi struktur dəyişiklikləri baş verən Naziriklərdən biri də Ekologiya və Təbii Sərvətlər Nazilriyidir”.
“Yeni Sabah” xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib. O, bildirib ki, prezidentin fərmanı ilə nazirlik demək olar yenidən qurulub, burada bir xeyli qurumlar ləğv edilb və ya birləşdirilərək sayı xeyli azaldılıb. Nəticədə regional idarətməyə üstünlük verilib: “Gedişatdan görsənir ki, nazilriyin daha çox tənzimləyici rolunun artırılmasına diqqət yönəlib. İnnovasiyaların tətbiqinə yönəlik addımlar atılır”.
O. Gündüzün sözlərinə görə, Muxtar Babayevin nazir təyinatından sonra qısa müddətdə ETSN-də tam elektron sənəd dövriyyəsi tətbiq edilib. Xeyli yaşlı məmurların da artıq bu sistemdən istifadə etdiyi müşahidə olunur: “Bildiyim qədər Nazirliyinin yeni saytı hazırlanıb başa çatmaq ərəfəsindədir. Dövlət Torpaq Komitəsi ləğv olunandan sora xəritə və coğrafi adlarla bağlı səlahiyyət də bu quruma verilib. Nazirlikdə Qlobal Xəritə xidmətləri təklif edən qurumlarla (Google, Yandex və s.) əlaqəli sektorun yaradılması istiqamətində təkliflər hazırlanıb. Bir sıra rəqəmsal resursların və dövlət proqramlarının hazırlanması üzərində işlər aparıldığı bildirilir. pizza
Bununla belə, düşünürəm ki hazırda bu Nazirlikdəki rəqəmsalaşma səviyyəsini yetərli hesab etmək olmaz. eGov Mərkəzi ilə birgə burada faydalı xidmətlərin elektronlaşması istiqamətində xeyli işlər görülməlidir.
Oflayn formada hazır olduğu bildirilsə də, indiyədək onlayn formada müxtəlif mövzular üzrə və ya ümumi bir rəqəmsal xəritənin, coğrafi məlumat sistemlərinin, yaşıllıqlar və piknik zonaları ilə bağlı əlçatan rəqəmsal resursların olmaması da xoşagələn hal deyil.
Açıqlanması qadağan olunmayan, ictimai əhəmiyyətli məlumatların onlayn olaraq əlçatan olmasına diqqət yetirilməlidir. Ümid edirəm Nazirliyin bu yaxınlarda təqdim edəcəyi gözlənilən Portalında bu istiqamətdə yeniliklərlə rastlaşacağıq”.
Telegram kanalımız