Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana dəyişiklik edib.
“Yeni Sabah” xəbər verir ki, dəyişikliyə görə, fərmanın 7-ci hissəsində “289” rəqəmləri “309” rəqəmləri ilə və “4536” rəqəmləri “4366” rəqəmləri ilə əvəz edilib.
Qeyd edək ki, bu dəyişikliyə görə ƏƏSMN-nin aparatının işçilərinin say həddi 289-dan 309-a qədər artırılıb. pizza hut
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının işçilərinin say həddi isə 4536 ştat vahidindən 4366 nəfərə qədər azaldılıb.
Telegram kanalımız