Azərbaycanda bu peşə sahibləri sertifikatsız fəaliyyət göstərə bilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu peşə sahibləri sertifikatsız fəaliyyət göstərə bilməyəcək

Sosial

17 Yanvar 2020 19:26 1435


“Turizm haqqında” qanun layihəsi qəbul olunduqdan sonra Azərbaycanda yalnız sertifikat almış bələdçilər bu fəaliyyət növü ilə məşğul ola biləcəklər.

"Yeni Sabah" xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib.

Onun sözlərinə görə, “Turizm haqqında” qanun layihəsi hələ qüvvəyə minmədiyindən bələdçilərə sertifikatlar və şəhadətnamələr onlar üçün keçirilən təlimin nəticəsi olaraq verilir: pizza mizza

“Lakin “Turizm haqqında” qanun layihəsi qəbul olunduqdan sonra bu sertifikatların həm də hüquqi qüvvəsi olacaq. Həmin sertifikatlara əsasən, onlar Azərbaycan daxilində turizm bələdçisi kimi fəaliyyət göstərə biləcəklər”.

ATBA həmtəsisçisi bildirib ki, həmin sertifikatların 5 il ərzində hüquqi qüvvəsi olacaq:

“Hazırda bələdçilər bizim təlimlərdən peşə biliklərini təkmilləşdirmək üçün keçirlər və sertifikat almaq onlar üçün məcburi deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!