Azərbaycanda bu qadağalar ləğv edildi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu qadağalar ləğv edildi 

Sosial

04 May 2020 08:57 2969


Gecə saat 12-dən bütün ölkə üzrə karantin rejiminin yumşaldılmasının növbəti mərhələsibaşlayır. Qadağaların götürülməsi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeronda nisbətən az, bölgələrdə də isə daha geniş sahələri əhatə edir.

Bu gecə saat 12-dən başlayaraq Azərbaycanda xüsusi karantin rejiminin tələbi kimi qüvvədə olan bir sıra qadağalar ləğv olunur. Ləğv olunan qadağaların isə yalnız bir qismi bütün ölkəni əhatə edir.

Nazirlər Kabineti yanında operativ Qərargah qadağaların ləğvi ilə bağlı Azərbaycan ərazisini iki qrupa bölüb. Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron ərazisində yumşalma prosesi digər bölgələrlə müqayisədə risk amili nəzərə alınaraq daha yavaş şəkildə həyata keçirilir. Pepperoni pizza

Bölgələrdə isə 65 yaşdan yuxarı insanların evdən çıxmaları, yas və toy mərasimlərinin keçirilməsi, rayonlararası müntəzəm sərnişin daşıma xidmətləri istisna olunmaqla bütün qadağalar ləğv olunur.

Bölgələrdə qadağaların əksəriyyəti demək olar tamamilə ləğv edildiyindən insanlar yenidən öncəki həyat tərzinə qayıda biləcəklərinə görə sevinirlər. Mingəçevirdə insanlar sabahdan günlük həyatlarının daha maraqlı və rəngarəng olacağını düşünürlər.

Şirvanda da insanlar bir sıra qadağaların götürülməsini sevincə qarşılayırlar. Vətəndaşlar qadağalar yumşalsa belə şəxsi gigiyena qaydalarına yenə də diqqətlə əməl edilməli olduğunu bildirirlər.

Onu da qeyd edək ki, bölgələr arasında şəxsi maşınla hərəkət etmək də tam sərbəstdir. Ancaq həmin şəxslər Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron ərazilərinə daxil ola bilməzlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!