Azərbaycanda bu rayonlara qar yağıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu rayonlara qar yağıb

Sosial

14 Oktyabr 2025 10:18 1189


Azərbaycanda küləkli və yağıntılı hava şəraiti davam edib, Şahdağa və Gədəbəyə qar yağıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 26, Balakəndə 25, Zaqatalada 21, Şəkidə (Kişçay) 12, Qusarda 11, Qubada 9, Yevlaxda 8, Gəncə və Daşkəsəndə 6, Xaçmaz və Qəbələdə 5, Gədəbəy, Oğuz və Mingəçevirdə 4, Şabran, Şəmkir, Tərtər, Tovuz, Göygöl, Bərdə, Zərdab, Qobustan, Şamaxı, Biləsuvar, Sabirabad, Kürdəmir, Göyçay, Beyləqan, Naftalan, İsmayıllı, Xızı və Sədərəkdə 3 millimetrədək qeydə alınıb. pizza mizza

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti saniyədə Mingəçevirdə 24, Goranboyda 23, Naftalan və Culfada 22, Bakıda və Abşeron yarımadasında 21, Göyçayda 18, Sabirabadda 17 metrədək güclənib.

Sumqayıt, Göygöl, Göyçay, Zaqatala, Qəbələ, Şəki, Xızı, Qusar, Qrız, Şahdağ, Xaltan, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!