Bu gün“Global Media Group” MMC-nin tərkibində olan şirkətlər - “Report” İnformasiya Agentliyi, “Oxu.Az” xəbər saytı, “Baku TV” yayım portalı və “Global Management” MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüblər.
Yenisabah.az xəbər verir ki, bu, şirkətlərin keçdikləri ilk ISO auditinin nəticəsində baş verib.
“Global Media Group” tərkibində fəaliyyət göstərən bu şirkətlər artıq inteqrasiya olunmuş idarəetmə sistemini - proses, təcrübələr və sənədlərlə birlikdə keyfiyyət, ətraf mühit və əməyin mühafizəsi və təhlükəsizliyinə yönəlmiş praktikaları - tətbiq edirlər. İnteqrasiya olunmuş idarəetmə sistemləri özündə ISO-9001, ISO-14001 və ISO-45001 standartlarını birləşdirir. pizza
“Global Media Group” MMC-nin tərkibində olan şirkətlər - “Report” İnformasiya Agentliyi, “Oxu.Az” xəbər saytı, “Baku TV” yayım portalı və “Global Management” MMC autsorsinq şirkəti digər bütün şirkətlərdə əməyin mühafizəsi və təhlükəsizliyi (SƏTƏM) idarəetmə sisteminə dair tələbləri müəyyənləşdirən ISO-45001:2018 sertifikatına da layiq görülüblər.
Telegram kanalımız