Azərbaycanda bu sektorda çalışanlar 3 400 manat maaş alır 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu sektorda çalışanlar 3 400 manat maaş alır 

İqtisadiyyat

14 Dekabr 2022 17:00 2029


2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat təşkil edib. 

Bu barədə Yenisabah.az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Əməkhaqqı neft-qaz sektorunda 3409,2 manat, qeyri neft-qaz sektorunda 778,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,7 manat, özəl müəssisələrdə isə 880,9 manat təşkil edib. pizza sifarişi

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!