Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər

Sosial

14 Oktyabr 2025 13:28 47502


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli Qərarına əsasən, əlilliyi olan bəzi imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən minik avtomobilləri ilə təmin olunur.

“Yeni Sabah” xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası"na görə, bu imtiyazdan aşağıdakı kateqoriyalara aid şəxslər yararlana bilər:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; pizza

1990-cı il 20 Yanvar hadisələri ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslər;

Hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlillik qazanan şəxslər;

Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması zamanı əlillik alan şəxslər.

Qeyd edək ki, bu şəxslər haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəyinə əsasən Sosial Xidmətlər Agentliyində avtomobil növbəsinə götürülür və növbəlilik əsasında avtomobillə təmin olunurlar.

Qərara əsasən, avtomobil pulsuz təqdim edildikdən sonra onun sahibi vəfat edərsə, nəqliyyat vasitəsi ailənin mülkiyyətində qalır. Bu halda avtomobil ailə üzvlərindən birinin adına keçirilərək qeydiyyatdan çıxarılır. Bunun üçün ailə üzvləri ölüm haqqında şəhadətnamə, avtomobilin qeydiyyat sənədləri, varislik haqqında arayış və şəxsiyyət vəsiqələrinin surətlərini Sosial Xidmətlər Agentliyinə təqdim etməlidirlər.

Qanunvericiliyə əsasən, əlilliyi olan şəxsə verilən avtomobil satıla və ya bağışlana bilməz. Lakin avtomobili idarə etmək hüququ həmin şəxsin özünə və onunla eyni yaşayış məntəqəsində yaşayan, sürücülük vəsiqəsinə malik ailə üzvünə verilə bilər.

Bunun üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

Avtomobil almış şəxsin və idarəetmə hüququ veriləcək ailə üzvünün şəxsiyyət vəsiqələrinin və sürücülük vəsiqəsinin surətləri;

Avtomobilin qeydiyyat şəhadətnaməsi;

Hər iki şəxsin yaşayış yerindən arayış;

Əlilliyi olan şəxsin yazılı ərizəsi.

Məlumat üçün bildirək ki, bu mexanizm əlilliyi olan şəxslərin sosial rifahını yaxşılaşdırmaq və onların gündəlik həyatını asanlaşdırmaq məqsədi daşıyır. Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7.8 min avtomobil təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Gülnar
    Salam. Mənim yoldaşım döyüş tapşırığını yerinə yetirərkən zədə alıb. Buna görə pensiya alırdı. 2023də vəfat edib. Onun pensiyasını hal hazırda uşaqlara görə mən alıram. Bizdə maşın ala bilərik?
    7 months ago
  • Vüsal
    Salam mən yaralıyam üz çənə əməliyyatı keçirmişəm və kapalı kəllə beyin diaqnozum var.amma qrup vermediler.mən ala bilərəm.?
    7 months ago
  • Vüsal
    Salam mən yaralıyam üz çənə əməliyyatı keçirmişəm və kapalı kəllə beyin diaqnozum var.amma qrup vermediler.mən ala bilərəm.?
    7 months ago
  • Qurban Əliyev
    Hərbi deyəndə siz nəyi nəzərdə tutrsuz Ümumi hərbi yoxsa tək müdafiə
    7 months ago
  • Məhəbbət
    Anam 10 uşaq anasıdır ayaqları tutulub gəzə bilmir, birində ona versəniz çox yaxşı olar. Çox sağolun.
    7 months ago
  • MAIS
    Salam menim Anam 1 qrup gözdən əlildir ona dövlət tərəfindən maşın verilsəydi mən idarə edərdim nə gözəl olardı onu istədiyi yerlərə aparım gezdirerdim məncə bu haqda da qərara verilsəydi gözel olardı birde dövlətimiz tərəfindən təzə bir uzaq məsafə qət edən maşına ailəlik mən sahib olardıq
    7 months ago
  • Zaur aslanovz079@gmail.com
    Men 2 qrup qaziyem 1 defe almışam 30ile yaxındı. İndi nece ala bilerem
    7 months ago
  • Ruslan
    Mənim atam müharibə veterani, 2ci qrup Qarabağ əlildir, müharibə zamanı partlayış nəticəsində kantuziya alib. deyiblerki sizin kantuziyaniz olduğuna görə sizə düşmür. Bu ne dərəcədə doğrudur?
    7 months ago
  • Bəhruz
    Mənim oğlum müharibə əlilidir 3-cu qrup ona deyiblər kı sənə maşın düşmür ev növbəsinə isə aliblar,bu necə olur
    7 months ago
  • Vüsal
    Salam. Mən hərbi xidmət dövründə 2-ci qrup əliləm, avtomobil ala bilərəm?
    7 months ago
  • Akif Cəfərov Ağamirzə oğlu
    Atam 20 yanvar əlilidir
    7 months ago
  • Tural
    Birinci qurb əlillərə aid deyil bu maşın verm.mənim atamda dövlət işində işləyib xəsarət alıb. Kapitalındada 60 mində çox pulu var imkan olsa maşından birinidə mənim atama verəsiniz sağolun.
    7 months ago