Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək

Sosial

11 Oktyabr 2019 09:03 917


Azərbaycanda ailədə adambaşına düşən orta aylıq gəliri yaşayış minimumunun məbləğindən az olan şəxslərin övladlığa uşaq götürməsi qadağan edilir. 

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinin 120-ci maddəsinə (Övladlığa götürmək hüququ olan şəxslər) yeni 120.1.8-ci bənd əlavə edilməsi təklif olunur.

Yeni bəndə əsasən, ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqların övladlığa götürmək istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əmək haqqının iki mislindən) az olan şəxslər (ögey ata, ögey ana), yaxın qohumlar (nənə-baba, bacı-qardaş, valideynlərin bacıları, onların övladları istisna olmaqla) övladlığa uşaq götürə bilməzlər.  Toyuqlu pizza

Ailə Məcəlləsinə dəyişiklik yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!