Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxa bilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxa bilər

Sosial

06 İyun 2025 09:51 525


Vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də pensiya ilə bağlıdır. 

Bu istiqamətdə pensiya yaşı, pensiya kapitalı kimi müxtəlif məsələlərə cavab axtarılır. Vətəndaşları ən çox düşündürən məsələlərdən biri də kimlərin daha tez pensiyaya çıxmaq hüququnun olmasıdır. 

“Cebheinfo.az” xəbər verir ki, hüquqşünas Nurtac Xəlilova bu məsələyə aydınlıq gətirib. O bildirib ki, ağır və zərərli işlərdə azı 12 il 6 ay işləyən kişilər və azı 10 işləyən qadınlar üçün pensiya yaşı 5 il azaldılır:  pizza mizza

“Eləcə də 5 və daha çox uşaq dünyaya gətirib onu 8 yaşınadək tərbiyə edən və ya əlilliyi olan uşağını 8 yaşınadək böyüdən analara da eyni güzəşt tətbiq edilir. Bundan başqa, 25 il xidmət edən hərbi qulluqçular, 35 işləyən prokurorluq əməkdaşları və bir sıra dövlət qulluqçuları da yaşa görə pensiyaya tez çıxmaq hüququna malikdirlər. Həmçinin lilipud və cırtdanboy şəxslərin 5 il sığorta stajı olduqda pensiyaya 20 il tez çıxa bilirlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!