Azərbaycanda bu şəxslərə 1600 manat verilir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslərə 1600 manat verilir

Sosial

13 Oktyabr 2025 13:40 5141


Cəza çəkməkdən azad edilmiş, yəni azadlıqdan məhrumetmə cəzasını başa vurmuş və tibbi, sosial yardıma ehtiyacı olan şəxslərə dövlət tərəfindən müavinət verilir.

Bu hüquq Azərbaycan Respublikasının vətəndaşlarına, ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, həmçinin digər ölkələrin penitensiar müəssisələrində cəza çəkib üç ay müddətində Azərbaycana daimi yaşamaq üçün qayıdan vətəndaşlara şamil olunur.

Müavinət yalnız penitensiar müəssisə tərəfindən verilmiş cəza çəkməkdən azad edilməsi barədə arayış təqdim olunduqda təyin edilir. Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli, yəni 1600 manat təşkil edir. pizza

Sosial müavinət almaq hüququ olan şəxslərə bu ödəniş müraciət edildiyi tarixdən əvvəlki ən çoxu üç il üçün verilə bilər. Bu addım cəza çəkməkdən azad edilmiş şəxslərin sağlamlığının bərpasına və cəmiyyətə yenidən uyğunlaşmasına dəstək məqsədi daşıyır./Metbuat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şöhret
    Salam mən bir məlumatı bilmek isteyirem mən mehkumluğum olub 1,600 manatı bilmek isteyiremki ala bilərəm necə dəqiq bilmək istəyirəm mümkünsə kömey edin????
    6 months ago