Azərbaycanda bu şəxslərə nazirlikdə vəzifə verildi -   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslərə nazirlikdə vəzifə verildi - SİYAHI

Sosial

07 May 2020 19:24 3273


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda dəyişikliklər olub.

Yenisabah.az xəbər verir ki, 2 şöbənin əsasında Təhlil və strateji planlaşdırma şöbəsi yaradılıb. Şöbəyə Sadiq Əliyev müdir təyin olunub.

Ümumi şöbənin bazasında isə Vətəndaşların qəbulu şöbəsi və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi yaradılıb. Həmin şöbələrin müdiri vəzifələrini Arif Əliyev və Günel Nəsibova icra edəcək. pizza sifarişi

Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinə isə Rəşad Dayıyev təyin edilib. O bu vaxta qədər Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini olub.

Məlumatı ”BakuPost”a nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!