Azərbaycanda bu şəxslərin maaşı artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslərin maaşı artırıldı

Sosial

27 Oktyabr 2025 16:08 3044


Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında qərar verib.

"Yeni Sabah"ın xəbərinə görə, qərara əsasən, nazirliyin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı

artım əmsalları tətbiq ediləcək: pizza

- baş həkim – 3,0 dəfə;

- baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə;

- baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2,0 dəfə;

- təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə.

Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!