Azərbaycanda bu şəxslərin maaşları 11.2 faiz artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslərin maaşları 11.2 faiz artıb

İqtisadiyyat

06 Fevral 2024 09:55 43438


2024-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1741,8 min nəfər olmuş, onlardan 899,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib .

Muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. Pepperoni pizza

2023-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11.2 faiz artaraq 933.8 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.  / Banker


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vilayət
    Müəllimlərin hamısı repetitorluq etmir ki.Bu haqsızlıqdır.Müəllimlərin maaşını da artırın.
    2 years ago
  • Valeh
    2016 cı ildə Şəmkir rayon İH daşcısı qeyri qanuni işdən cıxartdı indi mən nə ilə dolanım
    2 years ago
  • İlham
    Azərbaycanda ən aşağı əmək haqqısı olan Mədəniyyət və Turizm işçilərinin əmək haqqısıdır. Ölkə başçısı cənab Prezident İlham Əliyevdən bütün Mədəniyyət işçilərinin adında xahiş edirəm Mədəniyyət və Turizm işçilərinin əmək haqlarını artmasına daim Fərman versin
    2 years ago
  • Vetendas
    İs yerleri acilsin ne qeder elinde diplom issiz qalan cavanlar var.Tehsili olmayanlar ucun zavodlar fabriklər acilsin insanlar pulsuz qalmasınlar insanlarin uzu gulsun balalarina yaxsi baxa bilsinler.Yazigdilar...
    2 years ago
  • Əfsanə
    OXUDUM ANLAMADIM İLK OXUYANA ELƏ GƏLİRKİ MAŞŞLAR YANVARDAN ARTIB SONRA FİKİR 2 HİSSƏYƏ AYRILIRKİ SÖHBƏT 2023 CÜ İLİN ARTIMINDAN GEDİR.ZƏHMƏT DEYİLSƏ YAZIN GÖRƏK YANVARDAN SƏHİYYƏ İŞCİLƏRİNİN MAŞI ARTIB YA YOX?
    2 years ago
  • Elton
    Salam Zəhmət Olmasa Tələbə Sdipendiyaları Artıb ???
    2 years ago
  • Flora
    Ayıb söhbətdi müəllim repititorluq edir etməyənlər də acından ölsün
    2 years ago
  • Leyli
    Yox lamiye onlarda cox qalxib daha lazim deyil
    2 years ago
  • Elxan Şərifov Mürsəl oğlu
    Özəl mmc şirkətinə aiddir zəhmət olmasa özüm qaynaqçı peşəsində çalışıram!?
    2 years ago
  • Nəsimi
    Təhsil işçilərinə Direktor müavinilərinə aiddir zəhmət olmasa yazardız Fezbooka yazardız ????
    2 years ago
  • Fikrət Rəcəbli
    Müəllimlərin maaşı necə artmadı.Mən23ildir tarix müəllimi işləyirəm.Amma maaşımailəmə yetmir.4məktəbli uşaq kommunal xərclərə maaşım çatmırBilmirəm nə edim
    2 years ago
  • Lamiye
    Salam. Muellim və polislerin qalxıb?
    2 years ago
  • Aygül
    İncəsənət maaşı
    2 years ago
  • xatin
    Tibb bacilarinin niye maawin artirmillar??? Hekimden cox iwleyen olardi ama yenede az maaw alirlat ????
    2 years ago
  • Kenan
    Bizim sirketde bir manatda artmadi
    2 years ago
  • Edalet
    Salam necesiz dövlət işçilərin maisi minumum əmək haqqı nə qədər artım ölüm imkan olsa yazarsiz
    2 years ago
  • Aygun
    Minimum əmək haqqini niyə artimisiz?
    2 years ago