Azərbaycanda bu şirkətin itkiləri 11 milyon manatı ötdü 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şirkətin itkiləri 11 milyon manatı ötdü 

İqtisadiyyat

26 Sentyabr 2023 09:55 1622


2023-cü ilin ilk səkkiz ayında “Xalq Sığorta” şirkətinin sığorta yığımları 42,4% azalaraq 15,1 milyon manat təşkil edib.

“Yeni Sabah”ın məlumatına görə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 11,1 milyon manata bərabər olub. Ötən ilin yanvar-avqust aylarında “Xalq Sığorta”nın yığımları 26,14 milyon manat olmuşdu.

Bu ilin ilk səkkiz ayında “Xalq Sığorta”nın sığorta ödənişləri 16,7 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətən 266 min manat azdır.  Marqarita pizza

Bu dövrdə sığorta şirkətinin ödənişləri yığımlarından 1,6 milyon manat artıq olub. Bu isə onun zərərliliyini 64,8%-dən 110,6%-ə yüksəldib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!