Azərbaycanda bu vəzifəli şəxs öz ərizəsi ilə işdən çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu vəzifəli şəxs öz ərizəsi ilə işdən çıxdı

İdman

23 İyun 2023 16:47 1787


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov işindən ayrılıb. 

Prosport.Az-ın əldə etdiyi məlumata görə, o, dünən işdən çıxmaq haqqında ərizəsini yazıb.

Gənclər və İdman Nazirliyi tərəfindən Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsində çalışması təklif olunsa da, o, bu vəzifədən imtina edib. Nazirlik Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsinə təyinatı yaxın günlərdə açıqlayacaq.  Sezar pizza

Qeyd edək ki, Raqif Abbasov 1999-2001-ci illərdə Gənclər və İdman Nazirliyində baş məsləhətçi, 2002-2005-ci illərdə sektor müdiri, 2005-2007-ci illərdə mətbuat katibi-şöbə müdiri vəzifələrində işləyib. O, 2007-ci ildən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!