Azərbaycanda bu xəstələrə dərmanlar pulsuz verilir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu xəstələrə dərmanlar pulsuz verilir

Sosial

21 Mart 2019 13:12 898


Hazırda Azərbaycanda 264 minə yaxın şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özününəzarət vasitəsilə təmin edilir.

“2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində 1100-dən çox xəstənin dövlət hesabına preparatlarla təminatı həyata keçirilir. Bununla yanaşı, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin edilir. Bu mərkəzlərdən 34-ü bölgələrdə yerləşir.

Qeyd edək ki, Azərbaycanda bəzi deputatlar qaraciyər köçürülən insanlara transplantasiya əməliyyatından sonrakı müddətdə dərmanların pulsuz verilməsini də təklif ediblər. Toyuqlu pizza

Onlar bildiriblər ki, böyrək transplantasiyası həyata keçirilən xəstələrə dərmanlar əməliyyatdan sonra pulsuz verilir. Qaraciyər köçürülən insanlara isə müalicədən sonra pulsuz dərmanlar verilmir. Bununla bağlı proqram qəbul edilə bilər.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!