Azərbaycanda bu yarışların da təxirə salınma müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu yarışların da təxirə salınma müddəti uzadıldı

İdman

20 Aprel 2020 16:12 761


Azərbaycanda futzal üzrə keçirilən bütün yarışların təxirə salınması müddəti uzadılıb.

Yenisabah.az xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında”  qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb. 

Bunu nəzərə alan Azərbaycan Futzal Federasiyası Yüksək, I və II liqaların, eləcə də ölkə Kubokunun oyunlarının təxirə salınması müddətini mayin 4-dək uzadıb. Dominos pizza

Qeyd edək ki, dünən AFFA aşağı yaş qrupları üzrə bütün yarışların və qızlar arasında çempionatın təxirə salınma müddətinin mayın 4-dək uzadıldığını açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!