Azərbaycanda canavarlar kəndə hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda canavarlar kəndə hücum etdi

Hadisə

25 Mart 2021 15:20 1456


Oğuzda canavarlar kəndə hücum edərək xırdabuynuzlu heyvanları parçalayıb.

Yenisabah.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Bayan kəndində qeydə alınıb.

Kəndə hücum edən canavarlar kənd sakini Rəşid Babayevin yaşadığı evin həyətyanı sahəsindəki tövləyə girib. Canavarlar tövlədə olan 19 baş xırdabuynuzlu heyvana xəsarət yetirib, heyvanlardan 10-u tələf olub.  Toyuqlu pizza

Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib.

Canavarların parçaladığı heyvanlar bu gün səhər saatlarında kəndin ərazisində baytarlıq təlimatlarına uyğun olaraq basdırılıb, ərazi dezinfeksiya edilib. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!