Azərbaycanda çempionat avqustun 14-də başlayacaq   - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda çempionat avqustun 14-də başlayacaq - Rəsmi

İdman

15 İyul 2020 16:46 1070


Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümü avqustun 14-də start götürəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə "report"a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

PFL rəhbəri bildirib ki, çempionatda yeni mövsümü məhz sözügedən tarixdə başlatmaq istəyirlər: "Sağ olsun, ölkə rəhbərliyimiz, koronavirusla mübarizəmiz çox gözəl gedir. Allahın izni ilə hər şey qaydasında olarsa, çempionatı başlatmaq niyyətindəyik". Dominos pizza

R.Musayev mövsümün start tarixinin dəyişdirilə biləcəyini də istisna etməyib: "Həyatda hər şey ola bilər. Allah eləməsin, pandemiya ilə bağlı problem olarsa, başlama tarixi təxirə salına bilər.

Necə ki, çempionatı vaxtından əvvəl dayandırdıq, indi də bu qərara görə peşman deyilik, eləcə də mövsümün startının vaxtını dəyişə bilərik. İnsanların sağlamlığı hər şeydən önəmlidir".

PFL prezidenti yay transfer pəncərəsinin vaxtının isə qarşıdakı günlərdə dəqiqləşəcəyini söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!