«Keşlə»nin düşərgəsini özbaşına tərk edən Aleksandr Kristavaonun hara getməsi məlum olub.
Yenisabah.az xəbər verir ki, anqolalı hücumçu Niderlanda yollanıb.
Burada onun ailə üzvləri və yaxınları yaşayır. Afrikalı forvard qəfil gedişinin səbəbini şəxsi problemləriylə əlaqələndirib. Dominos pizza
O, klubdan icazə almasa da, sonradan rəsmilərə telefonla mesaj yazıb və bildirib ki, özəl işlərini yoluna qoymaq üçün bu addımı atıb. Lakin Kristavao Azərbaycana nə vaxt dönəcəyini orada qeyd etməyib.
Təbii ki, «Keşlə» futbolçusunun bu qeyri-peşəkar davranışına adekvat addımlar atıb. Məşqlərdə iştirak etməməsinə dair ona bildiriş göndərilib və bunun üçün nəzərdə tutulan cəza tədbirləri barədə ona məlumai verilib.
Sportinfo.az yazır ki, anqolalı forvarddan konkret cavab istənilib, eyni zamanda, xəbərdarlıq olunub ki, addımını əsaslandırmasa, FİFA-ya şikayət məktubu göndəriləcək.
Telegram kanalımız