Azərbaycanda daha 2 nəfərdə koronavirus tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 2 nəfərdə koronavirus tapıldı

Sosial

15 Mart 2020 21:59 992


Azərbaycanda 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumatında bildirilib.

Qərargahın məlumatına görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir. pizza

Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!