Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı -   Xəstələrin sayı 443-ə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı - Xəstələrin sayı 443-ə çatdı

Sağlamlıq

03 Aprel 2020 12:14 871


Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 

Yenisabah.az bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumat verir.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərdə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Dördpendirli pizza

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!