Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Sosial

11 İyun 2025 18:15 320


İyulun 11-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 92 min 625 manat olan 55 nəqliyyat vasitəsi çıxarılacaq. Dominos pizza

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!