Azərbaycanda daha bir 15 yaşlı qız özündən böyük oğlanla EVLƏNDİRİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir 15 yaşlı qız özündən böyük oğlanla EVLƏNDİRİLDİ

Hadisə

26 İyul 2021 18:19 1428


Xaçmaz rayonunda 15 yaşlı qız 29 yaşlı oğlanla evləndirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

O bildirib ki, rayonun Qımıl-Qışlaq kənd sakini olan 15 yaşlı qızın hələ noyabr ayında 16 yaşı olacaq. Marqarita pizza

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, fakt öz təsdiqini tapsa, məsələyə hüquqi qiymət veriləcək.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumat barədə araşdırma aparılır.

Qeyd edək ki, son günlər yeniyetmə qızların evləndirilməsi faktları barədə bir neçə məlumat yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!