Şəkidə iki nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.
Yenisabah.az "Report"a istinadən xəbər verir ki, hadisə noyabrın 27-də saat 22 radələrində Şəki şəhərində qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobillə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü 1978-ci il təvəllüdlü Mehman Camalov və sərnişini 1982-ci il təvəllüdlü Natiq Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. pizza sifarişi
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Xatırladaq ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu və bir mülki şəxs həlak olub.
Telegram kanalımız