Azərbaycanda daha bir bank depozit faizlərini kəskin azaltdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir bank depozit faizlərini kəskin azaltdı

Sosial

12 İyun 2025 10:59 336


“Accessbank” dollar depozitləri üzrə faizləri kəskin endirib.

Valyuta.az bu barədə banka istinadən xəbər verir. Bank dollar əmanətləri üzrə faizləri 2,5 faiz bəndinədək azaldıb.

Belə ki, aylıq ödəniş şərtilə 6 aylıq depozit faizləri 3,5%-dən 1%-ə, 12 aylıq üzrə 4%-dən 2%-ə, 18 və 24 aylıq depozitlər üzrə isə 3,5%-dən 2%-ə endirilib. pizza

Gəliri müddətin sonuna ödənilmək şərtilə olan 6 aylıq əmanətlər üzrə faizlər 4%-dən 1,5%-ə, 12 aylıq üzrə 4,5%-dən 2,3%-ə, 18 aylıq üzrə 4%-dən 2,4%-ə, 24 aylıq üzrə isə 4%-dən 2,5%-ə endirilib.

Qeyd edək ki, bank bundan əvvəl may ayında manat depozitlər üzrə faizləri 0,75%-dək azaltmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!