Azərbaycanda daha bir bank müflis olub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir bank müflis olub

İqtisadiyyat

25 İyun 2019 10:05 1422


2018-ci ilin yekununda “Amrah Bank”ın öhdəlikləri aktivlərini üstələyib.

Bu, Bankın maliyyə fəaliyyəti ilə bağlı auditor yoxlamasından sonra məlum olub.

“Amrah Bank”ın audit hesabatına əsasən, bu ilin əvvəlinə Bank 199,864 milyon manatlıq cəmi aktivlərə, 210,919 milyon manatlıq cəmi öhdəliklərə malik olub. Son nəticədə kredit təşkilatının cəmi kapitalında 11,055 milyon manatlıq çatışmazlıq yaranıb (yəni, kapitalı mənfiyə düşüb). Bu isə faktiki müflislik deməkdir. pizza

Xatırladaq ki, “Amrah Bank” bu ilin yanvar ayında açıqladığı balans hesabatında kapitalla bağlı problemin olmadığını bildirib. Belə ki, hesabatda Bankın cəmi aktivlərinin 230,33 milyon manat, cəmi öhdəliklərinin 203,929 milyon manat, cəmi kapitalının isə 26,401 milyon manat olduğu qeyd edilib.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!