Azərbaycanda daha bir futbol klubu çempionatdan kənarlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir futbol klubu çempionatdan kənarlaşdırıldı

İdman

29 Yanvar 2020 08:34 1368


“Ağsu” Azərbaycan çempionatının I Diviziondan uzaqlaşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.

Bildirilib ki, “Ağsu” futbol klubunun rəhbərliyi danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini və bu səbəbdən ikinci dövrədə oynamamaq qərarına gəldiklərini Peşəkar Futbol Liqasına yazılı şəkildə bildirib. Vəziyyəti nəzərə alan PFL “Ağsu”nu Azərbaycan I Diviziondan kənarlaşdırmağı qərara alıb.  pizza sifarişi

Komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!