“Bugünkü 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil”.
Yenisabah.az xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Nicat Əzimli sosial şəbəkədəki hesabında yazıb.
O, koronavirusa inanmayanlara müraciət edərək bildirib: pizza hut
“Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara “bu virus yoxdur” deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın, sizin üçün həyatımızı riskə atmışıq. İnşallah, görüşmək ümidi ilə”.
Telegram kanalımız