Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə həkimin yaxınları paylaşım edib.
Sumqayıt şəhər 1 saylı Poliklinikanın həkim-nevropatoloqu Kazım Kərimli bir müddət əvvəl koronavirusa yoluxub. Toyuqlu pizza
O, əvvəl Sumqayıt xəstəxanasında müalicə alıb, daha sonra vəziyyətinin ağırlaşması ilə əlaqədar Zığda yerləşən modul tipli xəstəxanada müalicəsini davam etdirib.
Lakin, həkimlərin bütün səylərinə baxmayaraq, Kazım Kərimli ötən gün koronavirusdan vəfat edib.
Allah rəhmət eləsin!
Telegram kanalımız