Azərbaycanda daha bir nəfər koronavirusdan öldü -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - RƏSMİ

Sosial

13 Aprel 2020 18:07 930


Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, bir nəfər vəfat edib, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. pizza

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb, 12 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!