Azərbaycanda daha bir nəfər öldü: 24 yeni yoluxma 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir nəfər öldü: 24 yeni yoluxma 

Sağlamlıq

31 Mart 2020 16:21 530


Azərbaycan Respublikasında 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmiş və pasiyent vəfat edib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür. Toyuqlu pizza

Qeyd edək ki, ölkəmizdə ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, beş nəfər vəfat edib.

Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!