Azərbaycanda daha bir polisə qarşı cinayət

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir polisə qarşı cinayət

Kriminal

31 İyul 2021 20:52 2049


İyulun 30-u saat 22 radələrində Cəbrayıl rayon sakini Qurban Qurbanovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat verilib.

Cəbrayıl Rayon Prokurorluğundan “Yeni Sabah” bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Sərvan Yaqubovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı polis serjanti Qurban Qurbanova xidmətdən kənar vaxtda bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Marqarita pizza

Sərvan Yaqubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!