Azərbaycanda daha bir sığorta şirkəti ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir sığorta şirkəti ləğv olundu

İqtisadiyyat

16 İyun 2021 14:19 1643


"Başak-İnam Sığorta Şirkəti" ASC ləğv olunduğunu elan edib.

Yenisabah.az "Vergilər" qəzetinə istinadən verdiyi məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, H. Cavid prospekti, ev 79 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Başak-İnam Sığorta Şirkəti" 1996-cı ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 7 mln. manatdır. Marqarita pizza

Qeyd edək ki, cari ilin əvvəlində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Amrah Sığorta" və "AXA MBask" sığorta şirkətlərinin lisenziyaları ləğv olunub. Bununla da ölkədə fəaliyyət göstərən sığorta şirkət 22-dən 20-yə düşmüşdü.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!