Azərbaycanda daha bir tiktoker həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir tiktoker həbs edildi

Hadisə

09 Aprel 2024 20:17 1591


Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.  

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov da saxlanılıb.

Müvafiq qərarla Ə.Məhərrəmov 20 sutka inzibati qaydada həbs edilib. Toyuqlu pizza

DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Xatırladaq ki, “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə də internetdə yayılması qadağan edilən məlumatlar paylaşıb. Bu səbəbdən onun barəsində də 30 sutka inzibati qaydada həbs seçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!