Azərbaycanda daha bir vəzifəli şəxs həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir vəzifəli şəxs həbs olundu

Kriminal

08 May 2021 16:57 2512


“Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsində baş vermiş qanunsuz hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq aparılıb.

Baş Prokurorluqdan Yenisabah.az-a verilən məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, qeyd edilən müəssisənin sabiq direktoru Həsrət Səfərov 2018-2019-cu illər ərzində tərtib edilən sənədlərə pambığın keyfiyyətinin azaldılması ilə bağlı tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə müəssisənin 117 min manat məbləğində pul vəsaitini mənimsəyib.

İş üzrə toplanmış sübutlar əsasında Həsrət Səfərova 26 aprel 2021-ci il tarixdə CM-nin 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Marqarita pizza

Hazırda cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!