Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

Sosial

25 İyun 2020 11:59 924


Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov koronavirusa yoluxub.

Yenisabah.az bildirir ki, bu barədə Oxu.Az-a S.Məmmədovun özü məlumat verib:

“İyunun 22-də özümdə simptomları hiss etdim. Həmin gün də test verdim və pozitiv çıxdı. Dördpendirli pizza

Hazırda evdəyəm. Bu gün Ağdaşdakı xəstəxanaya yerləşdiriləcəyəm”.

60 yaşlı müdir ailə üzvlərinin test verdiyini və onlarda testin nəticəsinin pozitiv çıxmadığını da bildirib.

Qeyd edək ki, Sahib Məmmədov 2013-cü ilin fevralından Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!