Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi - Yenilənib

Siyasət

02 İyul 2020 23:08 2184


Kürdəmir rayonunda icra nümayəndəsinin koronavirusdan öldüyü təsdiqlənib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baku TV-yə rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, icra nümayəndəsi 59 yaşlı Rəsulov Rasim Aydın oğlu bu gün günorta saatlarında ölüb. Pepperoni pizza

Qeyd edilib ki, mərhum ağır dərəcəli şəkərli diabet xəstəsi olub.  /Oxu.az

***

Kürdəmir rayonunda icra nümayəndəsi vəfat edib.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin Topalhəsənli kənd üzrə İcra nümayəndəsi 59 yaşlı Rəsulov Rasim Aydın oğlunun qəfildən halı pisləşib. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R.Rəsulovun qanında şəkərin miqdarının artdığı məlum olub.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ondan koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar test götürülüb. Hazırda test analizinin cavabı hələlik olmasa da, mərhumun koronavirus infeksiyasına yoluxduğu və bu xəstəlikdən dünyasını dəyişdiyi ehtimal olunur.

R.Rəsulovun cənazəsi polislərin nəzarəti altında birbaşa qəbiristanlığa aparılaraq dəfn olunacaq.

Qeyd edək ki, R.Rəsulov 10 ilə yaxın idi ki, bu vəzifədə çalışırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!