Azərbaycanda daha bir YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir YENİLİK

Sosial

29 Oktyabr 2019 10:43 824


Sahibkarlar Azərbaycana qida məhsullarını gətirmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə elektron sistem vasitəsilə müraciət edəcək.

"Yeni Sabah"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AQTA-nın sektor müdiri Samir Rüstəmli bildirib.

Onun sözlərinə görə, elektron sistem bu ilin sonuna kimi yaradılacaq: pizza mizza

“Sistem “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” irəli gələrək yaradılır. Bu ilin sonunadək idxal-ixrac prosedurlarının tam elektronlaşdırılması nəzərdə tutulub. Bununla da, sahibkarlar ofislərini, iş yerlərini tərk etmədən Agentliyə müraciət edə biləcəklər”.

S. Rüstəmli bəzi sahibkarlara da xəbərdarlıq edib:

“Ölkəyə məhsul idxal etmək üçün ticarət tərəfdaşlarını düzgün seçsinlər. Bununla da onlar etibarlı idxalçı statusuna malik olmaqla idxal etdikləri məhsulların yoxlanma tezliyinin azalmasına nail olacaqlar. Eyni zamanda, ölkə əhalisinin təhlükəsiz qida ilə təmin olunmasına töhfə verəcəklər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!