Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub.
"Yeni Sabah" xəbər verir ki, "Demokrat.az"ın əldə etdiyi məlumata görə, sabah AMEA-ya yeni prezident seçiləcək.
Fövqəladə toplantı oktyabrın 23-də günün ikinci yarısına təyin olunub. Dördpendirli pizza
AMEA-nın yeni prezidenti kimi akademiklər - Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir.
Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var.
Telegram kanalımız