Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlandı

Hadisə

01 May 2021 16:20 816


Zərdab rayonunda iki məktəb distant təhsilə keçib.

Yenisabah.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Zərdab şəhər 3 saylı və Qaravəlli kənd orta məktəbləri şagird və müəllimlər arasında aşkarlanan koronavirusa yoluxma faktları səbəbindən distant təhsilə keçiblər. 

Faktı Zərdab Rayon Təhsil Şöbəsindən Oxu.Az-a təsdiq ediblər. Sezar pizza

Bildirilib ki, hər iki məktəb koronavirusa yoluxma faktı səbəbindən qeyri-müəyyən müddətə distant təhsilə bağlanıb. 

Qeyd edək ki, daha əvvəl də Zərdabda iki məktəb koronavirusa yoluxma səbəbindən distant təhsilə keçmişdi. Onlardan rayonun Məlikmudlu kənd tam orta məktəbində artıq əyani təhsil bərpa edilib. Çallı kənd tam orta məktəbində isə həftənin birinci günündən etibarən tədris prosesi əyani şəkildə davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!