Azərbaycanda danışılmış oyunlara görə 7 şəxs futboldan uzaqlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda danışılmış oyunlara görə 7 şəxs futboldan uzaqlaşdırıldı

İdman

25 May 2023 14:00 958


AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak etmiş 6 futbolçunu cəzalandırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Hazırda MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Veysov Elşən ordu klubunun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geyinmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramova danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulub. pizza mizza

Adları çəkilən futbolçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilərlər.

Bundan əlavə, Samir Hüseynov adlı şəxsin oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olmağı qadağan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!