Azərbaycanda daşınmaz əmlak satışı nə qədər artıb?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daşınmaz əmlak satışı nə qədər artıb?

İqtisadiyyat

14 İyul 2022 18:09 1351


2022-ci ilin yanvar-iyun ayları ərzində 168 532 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% çoxdur.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. 

Bildirilib ki, 6 aylıq göstəricinin 42 955-i (25,5%-i) ilkin, 125 577-si (74,5%-i) isə təkrar qeydiyyatın payına düşüb.  Pepperoni pizza

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində ilkin qeydiyyat 29,7% artıb. 

168 532 daşınmaz əmlak üzrə bölgü:

23 057 - fərdi yaşayış və bağ evi, 

40 987 - mənzil, 

98 866 - torpaq sahəsi, 

5 622 - digər (qeyri-yaşayış binası, qeyri-yaşayış sahəsi, əmlak kompleksi, çoxmərtəbəli yaşayış binası, çoxillik əkmə).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!