“Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq forum keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq forum keçiriləcək

Sosial

06 Fevral 2020 13:40 1741


27 fevral 2020-ci il tarixində Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq forum keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bunu WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib.

“Beynəlxalq mütəxəssislərin, aidiyyəti dövlət qurumlarının və bu sahəyə marağı olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunacaq forumda ovçuluq sahəsində cəmiyyəti düşündürən və mütəmadi müzakirə obyekti olan mövzular ətrafında fikir mübadiləsi aparılacaq”.  Toyuqlu pizza

Elşad Əsgərovun fikrincə, bu gün ictimaiyyət ovçuluğa yanaşmasına görə iki cəbhəyə bölünüb: ova qarşı çıxaraq məhdudiyyət tərəfdarı olanlar və ovu  qanuni hüquqları hesab edənlər.

 Bu səbəbdən təşkil ediləcək forumda tanınmış beynəlxalq mütəxəssislərinin iştirakı ilə təzadlı fikirlər ətrafında maraqlı müzakirələrin keçirilməsi və müvafiq tövsiyələrin verilməsi gözlənilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!