Azərbaycanda dəhşət: Ata-anası tərəfindən tərk edilən bacı-qardaş

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşət: Ata-anası tərəfindən tərk edilən bacı-qardaş

Hadisə

01 Aprel 2021 23:43 1138


Bərdədə valideynlər övladlarından imtina edib. 71 yaşlı ata və 43 yaşlı ana iki azyaşlı övladları ilə vidalaşaraq onları sığınacaqda qoyub gediblər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, bu gün Bərdədən olan ailənin iki azyaşlı uşağı sığınacağa gətirilib: pizza

“Fotoda gördüyünüz doqquz və altı yaşında olan bacı-qardaşdır. Bir-birini təhqir edən valideynlər vaxt ayırıb bu uşaqların taleyi ilə maraqlanmayıb. Uşaqlar rəqəmləri belə tanımır, nəinki məktəb qapısını. Uşaqlar əvvəlcə “Səni Axtarıram” verilişinə aparılıb. Daha sonra bura gətirilib. 

Bərdə rayon İcra Hakimiyyətinin müvafiq komissiyasının nümayəndələrini görən olsa, bildirsin ki, bu uşaqların ata-ana səlahiyyətləri sizdədir. Valideynlər uşaqları ilə vidalaşıb, geriyə belə dönmədən çıxıb getdilər. “Səni Axtarıram” kollektivi iki gün bu uşaqların məsələsini araşdırıb. Onların təşəbbüsü ilə Bərdə rayon İcra Hakimiyyəti ilə danışılmalı və müvafiq qanunvericiliyin normalarına uyğun olaraq dövlət müəssisəsinə yerləşdirilməlidirlər”.

Qeyd edək ki, əldə edilən məlumatlara görə, uşaqların anası ikinci dəfə ailə həyatı qurub. 71 yaşlı kişi isə uşaqlara baxa bilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!